"Qarabağ" bitib, Qurban Qurbanov istefa verməlidir...

2 Sentyabr 23:00 Qarabağ 267
"Qarabağ" bitib, Qurban Qurbanov istefa verməlidir...

"Dinamo" qarşısında ilk oyundakı məğlubiyyətdən və xüsusilə zəif oyundan sonra "Qarabağ"ın, Qurban Qurbanovun ünvanına səslənməyən tənqid qalmadı.

Təhqirə keçənlər də oldu.

Hətta Qurban Qurbanov istefa verməlidir deyənlər, yazanlar gördük.

Alışdığımız mənzərədir. İllərdi eyni hal yaşanır. Sanki kimlərsə pusquda durub, ilk büdrəmə də yox, ilk məğlubiyyətdən sonra başda Qurban Qurbanov olmaqla "Qarabağ" hədəf seçilir.

Yerli-yersiz tənqid hədəfinə gətirilir.

Biz də yaranmış mənzərədən narahat oluruq.

Yaxşı ki, proseslər "Qarabağ"a mənfi təsir etmir.

Olduqları yerdən davam edirlər.

Yenə eynisi oldu.

Ağdam təmsilçisi yenə sözünü meydanda dedi.

Kollektiv komandanın bitmədiyini göstərdi.

"Qarabağ" bu dəfə Ukrayna nəhəngi "Dinamo"nu Bakıdan məyus yola saldı - 2:0.

Həlledici qolu da bilirsiz kim vurdu?

Göndərilsin/qovulsun dediyimiz, son 1 həftədə linç etdiyimiz Aleksey Kaşuk.

Həmin Kaşuk ki, qoldan əvvəl sosial şəbəkələrdə hər kəs "Qurban Qurbanov onu əvəzləməyə gecikir" yazırdı. Təcrübəli mütəxəssis bu dəfə də israrında yanılmadı. İnandı, gözlədi və Kaşukun vacib qolunu gördü.

Nəticədə "Qarabağ" mübarizəyə davam edir.

Pley-offda rəqib "Tvente"dir. Niderland təmsilçisi daha hazırlıqlı rəqibdir.

Yenə avrokuboklarla vidalaşmaq təhlükəsi az deyil.

Amma CSKA ilə oyunlarda olduğu kimi "Dinamo" ilə cavab matçı da göstərdi ki, yenilənən "Qarabağ" heç də zəif deyil.

Hətta "Tvente" səddini keçilməsə belə, "Qarabağ"ı hesabdan silməyə tələsməyin.

Sadəcə bu komandanın bərkiməsinə zaman lazımdır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM