“Neftçi”nin vunderkindi anlaşdığı xarici kluba nə vaxt yollanacaq?

00:40 Qarabağ 116
“Neftçi”nin vunderkindi anlaşdığı xarici kluba nə vaxt yollanacaq?

Uşaq yaşlarından "Neftçi"nin akademiyasında futbola başlayan, iki mövsüm əvvəl Roman Qriqorçukun dövründə əsas heyətə cəlb olunan Murad Məmmədov mövsümün sonunda komandadan ayrılacaq.

Gənc vunderkind bir neçə aydır Cənubi Kipr "Pafos"u ilə anlaşıb.

Onun mövsümün sonunda yeni komandasına gedəcəyi deyilirdi. Artıq mövsüm başa çatıb. Murad nə vaxt Kiprə yollanacaq, artıq bilet, viza işləri həll olunubmu?

Sportinfo.az xəbər verir ki, Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova bu haqda “football-plus.az”a məlumat verib:

“İyunun ortalarında Kiprə yollanacaq. Konkret gün bəlli deyil.

Murad üçün təqdimat mərasimi də nəzərdə tutulur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti