Qurban Qurbanov axır vaxtlar barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyub.
Adı «Beşiktaş» da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.
Saytımız bu barədə «Qarabağ»dan məlumat alıb.
Redaksiyamıza daxil olan informasiyaya görə, o, qarşıdakı 3 ili Ağdam klubunda keçirəcək.
2008-ci ildəe «köhlən atlar»ı çalışdıran təcrübəli mütəxəssis 2029-cu ilədək qüvvədə olan müqaviləni imzalayıb. Yeni kontrakta əsasən, «Qarabağ» Qurbanovun əməkhaqqısını artırıb.
Azərbaycanın ən güclü məşqçisi ötən illər ərzində «Qarabağ»a saysız-hesabsız uğurlar qazandırıb. Komandanı 13 dəfə ölkə çempionu edib, 6 dəfə kuboku başı üzərinə qaldırıb.
Həmçinin «köhlən atlar»ı dəfələrlə avrokubokların qrupp mərhələsinə daşıyıb.
Bu mövsüm ikinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edən kollektiv pley- off mərhəsinə qədər yol gedib.
SPORTİNFO.AZ

