“Qarabağ”dan ayrılacağı deyilən əcnəbi: "Hər kəsə təşəkkür edirəm"

23:00 Qarabağ 190
“Qarabağ”dan ayrılacağı deyilən əcnəbi: "Hər kəsə təşəkkür edirəm"

“Qarabağ”ı tərk edəcək futbolçulardan biri kimi Marko Yankoviçin adı çəkilir.

Monteneqrolu yarımmüdafiəçiyə hələ mövsümün gedişində Avropa və Asiyanın müxtəlif ölkələrindən ciddi marağın olduğu deyilirdi.

Lakin ”köhlən atlar” o dönəmdə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə apardığından, Yankonun klubu tərk etməsi mümkünsüz idi.

İndi isə bazarlıq vaxtıdır. Və belə məqamda “Qarabağ”la 2027-ci ilə qədər sözləşməsi olan təcrübəli futbolçunun başqa kluba keçərək Ağdam təmsilçisinə pul qazandırması real görünür.

Marko hələ ki, gözləmə mövqeyindədir. Daha doğrusu, başı Monteneqro millisinin qarşıdakı oyunlarını düşünür.

“Qarabağ”ın “8”i “instagram” hesabında etdiyi paylaşımda başa çatan futbol mövsümünü ilə bağlı fikirlərini bir neçə cümlə ilə ifadə edib:

“Daha bir futbol mövsümünün sonuna çatdıq

Bir il davam edən, lakin növbəti yüz il üçün yaddaşlarda qalan bir səyahət oldu.

Bunun bir hissəsi olan, mənə böyük zirvələr və vacib dərslər keçən, təkcə futbolda deyil, həm də həyatda dəyərli dərslər yaşamaq şansı verən hər kəsə minnətdaram.

Yaşadıqlarım əyləncəli, çətin və həqiqətən də maarifləndirici idi. İndi milli komandanın vaxtıdır”.

2022-ci ildən “Qarabağ”ın şərəfini qoruyan 30 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə meydana çıxdığı 171 matçda 13 qol vurub, 19 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti