“Qarabağ”ın yerli oyunçusunun satışından nə boyda pul əldə etməsini bilmək istəyirsiz?

15:00 Qarabağ 231
“Qarabağ”ın yerli oyunçusunun satışından nə boyda pul əldə etməsini bilmək istəyirsiz?

Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramovun «Qarabağ»dan «Bursaspor»a keçid qiyməti müəyyənləşib.

Ağdam klubu müqaviləsi gələn ilin yayında bitəcək sol cinah oyunçusunun satışından normal gəlir əldə edib.

«Xəzər Lənkəran»ın yetirməsi 700 min dollar qarşılığında «yaşıl timsahlar»ın sıralarına qoşulub.

Türkiyənin II Liqasında çempion olaraq I Liqaya vəsiqə qazanan Bursa təmsilçisi həmin məbləği hissə-hissə «köhlən atlar»ın hesabına köçürəcək.

25 yaşlı futbolçu minimum qarşıdakı 2 ili "yaşıl timsahlar"ın düşərgəsində keçirəcək. Kontraktda sözləşmənin daha 1 il uzadıla biləcəyi bənd də yer alıb.

2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən Toral bu müddətdə 254 oyunda 37 qol vurub.

O, 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

«Xəzər Lənkəran»ın yetirməsi bu mövsüm əsas heyətdəki yerini itirib.

Elvin Cəfərquliyevin kölgəsində qalan Toral Bayramov yalnız axır 1 ayda - onun intizamsızlığa görə komandadan uzaqlaşdırılmasından sonra şans qazanmağa başlayıb.

Bununla belə, Bayramovun düşərgədən göndərilməsi, əslində, gözlənilən qərar sayılmalıdır. Çünki Qurban Qurbanovun ondan narazı olması barədə dəfələrlə xəbər paylaşmışıq.

Baş məşqçi son aylarda sosial şəbəkə fenomeninə çevrilən, şəxsi həyatına aid bir çox hadisəni ictimailəşdirən Torala bir neçə dəfə xəbərdarlıq edib, onu haqı olaraq qınayıb.

Təcrübəli mütəxəssis bu kimi məsələlərə diqqət yetirməyi, bütün fikrini futbola yönəltməyi dönə-dönə tapşırıb. Görünür, müdafiəçi Qurbanovun məsləhət və tövsiyələrinə onun istədiyi səviyyədə yanaşmayıb, bu da axırı…

«Qarabağ» ondan öncə 3 nəfərlə sağollaşıb.

Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş belçikalı mərkəz müdafiəçisi Sami Mmae ilə yanaşı, müqavilə müddəti bitən Ramil Şeydayev və qanalı vinger Emmanuel Addai yola salınıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti