Şübhə yaradan paylaşım: O da “Qarabağ”a vida etmək fikrinə düşdü? - FOTO

26 May 14:20 Qarabağ 3 297
Şübhə yaradan paylaşım: O da “Qarabağ”a vida etmək fikrinə düşdü? - FOTO

“Qarabağ”ın və Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviç 2025/26 mövsümüm yekunu ilə bağlı sosial media hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu yazıb:

“Mövsümün sonu ilə bağlı daha bir futbol ili geridə qaldı.

Bir il davam edən, amma növbəti yüz il boyunca xatirələrdə qalan bir səyahət.

Bu prosesin bir hissəsi olan və mənə böyük zirvələri yaşamaq, həm futbolda, həm də həyatda dəyərli dərslər almaq imkanı verən hər kəsə minnətdaram.

Bu, həm əyləncəli, həm çətin, həm də həqiqətən öyrədici idi.

İndi isə milli komandanın vaxtıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə