Onlar iddia edir: “Qarabağ” Avropa klubuna milyon ödəyib? - FOTO

26 May 00:30 Qarabağ 998
Onlar iddia edir: “Qarabağ” Avropa klubuna milyon ödəyib? - FOTO

“Qarabağ” Zakariya Savonu “Yurqorden”dən transfer edib.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı hücumçu ilə üç illik müqavilə imzalayıb.

Tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və futbolçunun keçidi rəsmiləşib.

Savo 2025-ci ildən “Yurqorden”də çıxış edib. O, 2026-cı ildə icarə əsasında Kiprin “AEL” futbol klubunun formasını geyinib.

Hücumçu karyerası ərzində İsveçin “Olimpik”, “Rozenqard”, “Oskarşamns AIK”, Norveçin “Start” və Kiprin “Aris” futbol klublarında da oynayıb.

İsveç mətbuatının məlumatına görə, “Qarabağ” Savo üçün “Yurqorden”ə 500 min avro (1 milyon AZN) ödəyib.

Zakariya Savo yay transfer pəncərəsində “Qarabağ”a qoşulan ikinci legionerdir. Ondan əvvəl fransalı vinger Jali Mauddibin keçidi rəsmiləşib.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular