Qurban Qurbanovun qızı ilə səmimi görüntüləri yayıldı - VİDEO

25 May 23:40 Qarabağ 105
Qurban Qurbanovun qızı ilə səmimi görüntüləri yayıldı - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun stadionun dəhlizində balaca qızı ilə çəkilən səmimi görüntüləri sosial şəbəkələrdə yayılıb.

Paylaşılan video izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Kadrlarda tanınmış futbol mütəxəssisinin övladı ilə mehriban anları əksini tapıb.

Belə ki, Qurbanovlar ailəsinin sonbeşiyi ətrafdakı şəxsləri görərək, atasına tərəf qaçıb. Valideyni isə onu qucaqlayaraq, yoluna davam edib.

Ata-qız arasındakı səmimi münasibət sosial media istifadəçilərinin ürəyincə olub.

Qısa müddətdə yayılan görüntülərə çoxsaylı bəyəni və şərhlər gəlib. İzləyicilərin bir qismi Qurban Qurbanovun ailə həyatındakı sadəliyini və qayğıkeş ata obrazını xüsusi vurğulayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti