“Qarabağ” daha bir futbolçusu ilə vidalaşdı - SON DƏQİQƏ

16:40 Qarabağ 438
“Qarabağ” daha bir futbolçusu ilə vidalaşdı - SON DƏQİQƏ

«Qarabağ»dan ayrılan futbolçuların sayı 4-ə çatıb.

Premyer Liqanın vitse-çempionu Toral Bayramovla vidalaşmağı qərara alıb.

Bu barədə saytımıza müdafiəçinin yaxınları məlumat verib. Onların bildirdiyinə görə, Ağdam təmsilçisi 25 yaşlı futbolçunu satışa çıxarıb.

«Köhlən atlar» onlarla müqaviləəsi 2027-ci ilin yayında bitəcək cinah oyunçusuna özünə komanda tapmağı tapşırıb.

«Xəzər Lənkəran»ın yetirməsi 2018-ci ildən «Qarabağ»ın formasını geyinir. O, bu mövsüm əsas heyətdəki yerini itirib.

Elvin Cəfərquliyevin kölgəsində qalan Toral Bayramov yalnız axır 1 ayda - onun intizamsızlığa görə komandadan uzaqlaşdırılmasından sonra şans qazanmağa başlayıb.

Bununla belə, Bayramovun düşərgədən göndərilməsi, əslində, gözlənilən qərar sayılmalıdır. Çünki Qurban Qurbanovun ondan narazı olması barədə dəfələrlə xəbər paylaşmışıq.

Baş məşqçi son aylarda sosial şəbəkə fenomeninə çevrilən, şəxsi həyatına aid bir çox hadisəni ictimailəşdirən Torala bir neçə dəfə xəbərdarlıq edib, onu haqı olaraq qınayıb.

Təcrübəli mütəxəssis bu kimi məsələlərə diqqət yetirməyi, bütün fikrini futbola yönəltməyi dönə-dönə tapşırıb. Görünür, müdafiəçi Qurbanovun məsləhət və tövsiyələrinə onun istədiyi səviyyədə yanaşmayıb, bu da axırı…

«Qarabağ» iki gün öncə 3 nəfərlə sağollaşıb. Zaqreb «Dinamo»sundan icarəyə götürülmüş belçikalı mərkəz müdafiəçisi Sami Mmae ilə yanaşı, müqavilə müddəti bitən Ramil Şeydayev və qanalı vinger Emmanuel Addai yola salınıb.

SPORTİNFO.AZ

Elvin Cəfərquliyev getdi, bəxti açıldı:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti