“Qarabağ” növbəti transferini gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Onunla 3 illik müqavilə imzalanıb.
Mərkəz hücumçusu müqavilə ilə “Yurqorden”ə məxsusdur. O, yanvar ayından AEL(Limassol) klubunda icarə əsasında çıxış edir.
Savo karyerası ərzində “BK Olimpik”, “Oskarshamns”(hər ikisi İsveç), “Start”(Norveç) klublarında oynayıb.
"Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.

