"Qarabağ" heyətin təmizlənməsinə start verib.
İlk addımda 3 oyunçu ilə yollar ayrılıb.
Ağdam klubu Ramil Şeydayev, Sammi Mae və Addaiyə qapını göstərib.
Ramil və Maenin gedişinə azarkeşlər də sevinib.
Amma Addai ilə bağlı durum fərqli olub.
Sosial şəbəkələrdə izləyicilər onun gedişinə etiraz ediblər.
Qurban Qurbanovun qərarı ilə razılaşmadıqlarını bildiriblər:
"Addai öz üzərində işləsə keyfiyyətli futbolçu olardı. Məncə, ona 1 il də şans vermək olardı".
"Addai gərək qalardı. Uğurlar yenə də".
"Sağ-salamat, Addai. "Kopenhagen"ə vurduğun o qol yaddaşımızdan heç vaxt silinməyəcək".
"Addainin getməsindən başqa digərlərinə üzülmədim".
"Addaini buraxmaqla səhv etdik".
"Addai qalsa yaxşı olardı".
"Can yandıran Addai idi, onu da göndərdik".
"Heyif Addai kimi oyunçudan".
"Addai getməli deyildi. Çox sürətli, təkbaşına epizod yarada biləcək futbolçu idi".
XANOĞLAN / SPORTİNFO.AZ

