"Neftçi" danışıqlara gec başladı, "Qarabağ"la müqavilə bağladı

13:00 Qarabağ 684
"Neftçi" danışıqlara gec başladı, "Qarabağ"la müqavilə bağladı

"Qarabağ"ın bugünlərdə sıralarına qatdığı Jali Muaddibi "Neftçi"nin də maraq dairəsində olub.

Paytaxt təmsilçisi fransalı vingeri bu ilin əvvəlində transfer siyahısına daxil edib.

Fəqət, danışıqlara başlayınca, artıq bunun gec olduğunu öyrəniblər.

"Omoniya" tərəfi də "ağ-qaralar"a bu barədə məlumat verərək, onun "Qarabağ"ın yolunu tutacağını təsdiqləyib.

Ağdamlılar Jali ilə 3 illik müqavilə imzalayıb.

25 yaşlı legioner 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub.

O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib. Fransanın U-19 millisinin formasını geyinib.

SPORTİNFO.AZ

Azərbaycanın tanınmış klubu yeni legionerini

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti