“Aston Villa” kuboku qazandı, “Qarabağ”ın mümkün rəqibləri azaldı

09:00 Qarabağ 100
“Aston Villa” kuboku qazandı, “Qarabağ”ın mümkün rəqibləri azaldı

“Aston Villa”nın Avropa Liqasının finalında qələbə qazanması turnirin yeni mövsümündə 1-ci təsnifat mərhələsində iştirak edəcək komandaların sayına təsir edib.

Sportinfo.az haqqin.az-a istinadən xəbər verir ki, artıq ilk təsnifat mərhələsində 16 yox, 12 komanda mübarizə aparacaq.

Bu komandalar arasında Azərbaycanın vitse-çempionu “Qarabağ” da var.

Ağdam təmsilçisi püşkatmada səpələnmişlər sırasında olacaq.

Dəyişiklikdən sonra səpələnmiş və səpələnməmiş komandaların sayı 8 yox, 6 olub. “Qarabağ”ın mümkün rəqiblərindən 5-i artıq məlumdur:

- “Voyvodina” (Serbiya)
- “ÇFR Kluj (Rumıniya)
- “Aluminiy” (Sloveniya)
- “Derri Siti” (İrlandiya)
- “Vestri” (İslandiya)

6-cı mümkün rəqib isə Slovakiyanın “Jilina” və ya Moldovanın “Zimbru” klubu olacaq. “Zimbru” mayın 23-də ölkə kubokunun finalında qalib gəlsə, bu siyahıya daxil ediləcək.

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Bir gün sonra 2-ci təsnifat mərhələsinin püşkü atılacaq və “Qarabağ” burada da səpələnmişlər sırasında yer alacaq.

Lakin əgər “Qarabağ” mərhələ adlayarsa, iyulun 20-də keçiriləcək 3-cü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər sırasında düşmək ehtimalı var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti