«Qarabağ»ın bazasından yeni görüntülər yayılıb.
Video komandanın yeməkxanasından çəkilib.
Qurban Qurbanov da buradadır. Baş məşqçi masaları bir-bir gəzərək, futbolçulara diqqət göstərir.
Onlar razı görünürlər - həm çalışdırıcının isti münasibətindən, həm də aşpazların hazırladığı təamlardan.
«Köhlən atlar» bunu əl hərəkətləri və üz mimikaları ilə göstərirlər.
Ağdam təmsilçisi mövsümü Premyer Liqanın gümüş medalıyla tamamlayıb. Beş ildən sonra çempionluğu əldən verən kollektiv indi Avropa Liqasında mübarizə aparacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

