Qurban Qurbanov baş məşqçi axtarışına çıxan “Beşiktaş”ın gündəmində

00:30 Qarabağ 183
Qurban Qurbanov baş məşqçi axtarışına çıxan “Beşiktaş”ın gündəmində

2025/26 mövsümünə norveçli mütəxəssis Ole Qunnar Sulşerlə başlayan “Beşiktaş” avrokuboklardan erkən ayrıldıqdan sonra onunla yollarını ayırmışdı.

Mövsümün qalan hissəsində komandaya rəhbərlik edən Sərgən Yalçın isə gözləntiləri doğrulda bilmədiyi üçün klubdan ayrılıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərgən Yalçınla vidalaşan İstanbul təmsilçisində yeni baş məşqçi axtarışları sürətlənib.

Klub rəhbərliyi həm yerli, həm də xarici mütəxəssislərin yer aldığı geniş namizəd siyahısı üzərində intensiv müzakirələr aparır.

Xəbərdə bildirilir ki, rəhbərlik yeni çalışdırıcının profilini müəyyənləşdirməyə çalışarkən əsas favoritlərdən biri rumıniyalı məşqçi Razvan Luçesku hesab olunur.

Onun intizamlı və hücumameyilli futbol üslubu həm idarə heyətində, həm də azarkeşlər arasında müsbət qarşılanır.

Namizədlər arasında adı hallanan digər məşqçi isə Qurban Qurbanovdur. Daha əvvəl Türkiyədə “Beşiktaş” azarkeşi olduğunu açıq şəkildə bildirən azərbaycanlı mütəxəssisin klubun diqqət mərkəzində olduğu vurğulanır.

Ancaq onun hazırkı klubu “Qarabağ”la müqavilə vəziyyəti və avrokubok planları səbəbindən bu keçidin reallaşmasının olduqca çətin olduğu bildirilir.

Digər namizədlər arasında İqor Tudor, Roberto Mançini, Arda Turan və Angelos Postekoqlu kimi baş məşqçilərin də adları çəkilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti