"Qarabağ" bir qədər öncə növbəti transferini anons edib.
Ağdam təmsilçisi sosial media hesabında yeni paylaşımını "tezliklə" şərhi ilə ictimaiyyətə çatdırıb.
"Köhlən atlar" bununla Jali Muaddibdən sonra komandaya yeni simanın qoşulacağına eyham vurub.
"Qarabağ" iki gün öncə fransalı vinger Jali Muaddibi sıralarına qatıb. "Omoniya"dan (Kipr) gələn 25 yaşlı legionerlə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Bəs "Qarabağ"ın ikinci transferi kimdir? Sportinfo.az həmin legionerin kimliyini müəyyənləşdirib.
Əldə etdiyimiz məlumata görə, Premyer Liqanın vitse-çempionu icarə əsasında AEL-də (Kipr) çıxış edən Zakariya Savonu rənglərinə bağlayıb.
Kiprlilərlə anlaşması bu ayın sonunda bitəcək qambiyalı forvardı onun müqavilə ilə məxsus olduğu "Yurqorden"dən alıblar.
"Qarabağ"ın 26 yaşlı afrikalı üçün İsveç klubu ilə apardığı danışıqları bir qədər öncə müsbət yekunlaşdırıb.
Zakariya Savo bu ilin yanvarında AEL-ə icarəyə verilib. Qambiya millisinin üzvü Limassol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


