“Qarabağ” rəsmi “instaqram” hesabında etdiyi paylaşımla növbəti transferinin anonsunu verib.
Sportinfo.az xəbər verir ki, növbəti mövsüm ölkəmizi Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək Ağdam klubu paylaşımda “Tezliklə” qeydini yazaraq, yeni futbolçu ilə razılıq əldə olunduğuna işarə vurub.
“Köhlən atlar” bundan əvvəl fransalı yarımmüdafiəçi Jali Muaddiblə 3 illik müqavilə imzalayaraq yay transfer pəncərəsində ilk keçidini rəsmiləşdirmişdi.
25 yaşlı vinger 2029-cu ilin yayına qədər “Qarabağ”ın uğurları üçün çalışacaq və 7 nömrəli formanı geyinəcək.

