“Qarabağ” Litva millisinin üzvü ilə danışıq aparır.
Həmin oyunçu Pius Sirvisdir.
Təklif olunan namizədlərdin arasında baş məşqçi Qurban Qurbanovun diqqətini çəkən müdafiəçi “Maribor”un şərəfin qoruyur.
Piusun Sloveniya nəhəngi ilə müqaviləsinin müddəti bu ayın sonuna qədərdir.
Bir neçə gündən sonra azad agentə çevrilməsi “köhlən atlar”ın ürəyincədir.
Litva millisinin əsas heyət üzvlərindən sayılan Sirvis sağ cinah müdafiəçisidir.
O, karyerası ərzində vətənində “Hegelmann”, “Silute”, “Jalgiris”, “Panevejis”kimi klubların şərəfini qoruyub.
2024-cü ilin yanvar ayından bu yana “Maribor”un formasını geyinməklə 80 matçda 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
Sirvisin əsas üstünlüyü cinah müdafiəçisi olmasına baxmayaraq, göstərdiyi məhsuldarlıqdır.
Litvalı klub karyerasında 255 rəsmi qarşılaşmada 25 qol vurub, bir o qədər qolun ötürməsini verib.
Milli komandada isə 30 görüşdə rəqib qapılarına 4 dəfə yol tapıb.
HƏBİB / SPORTİNFO.AZ

