Görün, Qambiya yığmasının hücumçusuna görə "Qarabağ"dan nə boyda pul tələb edirlər!

14:00 Qarabağ 307
Görün, Qambiya yığmasının hücumçusuna görə "Qarabağ"dan nə boyda pul tələb edirlər!

İcarə əsasında AEL-də (Kipr) çıxış edən Zakariya Savo karyerasını Azərbaycanda davam etdirə bilər.

"Qarabağ" qambiyalı forvardı transfer etmək istəyir. Bu barədə "aftonbladet.se" portalı məlumat yayıb.

Bildirilib ki, Ağdam təmsilçisi kiprlilərlə anlaşması bu ayın sonunda bitəcək Savonu heyətinə qatmaq üçün onun müqavilə ilə məxsus olduğu "Yurqorden"də danışıqlar aparır.

"Qarabağ"ın 26 yaşlı afrikalı üçün İsveç klubu ilə razılıq əldə etməyə yaxın olduğu qeyd edilir.

Zakariya Savo bu ilin yanvarında AEL-ə icarəyə verilib. Qambiya millisinin üzvü Limassol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Saytımızın əldə etdiyi məlumata görə, Sava həqiqətən "Qarabağ"ın gündəmindədir. Sadəcə, o, transfer siyahısının zirvəsində yer almır.

Çünki isveçlilər ön xətt oyunçusuna görə kifayət qədər yüksək məbləğ tələb edir.

Qiymət 1,3 milyon avrodan başlayır. "Köhlən atlılar" qarşı tərəfin bu rəqəmi aşağı çəkmək üçün cəhdlər göstərir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti