Avropa Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın potensial rəqiblərindən bəzilərinin kimliyinə aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Ağdam klubu püşkatma mərasimində səpələnmişlər səbətində qərarlaşacaq.
Bu isə o deməkdir ki, təmsilçimiz ilk mərhələdə reytinq xalları baxımından özündən daha zəif rəqiblərlə qarşılaşacaq.
Onların üz-üzə gələ biləcəyi komandalardan bəziləri artıq məlumdur: “Jilina” (Slovakiya), “Novi Sad” (Serbiya), “Universitate Kluj” (Rumıniya), “Alyuminiy” (Bosniya və Herseqovina), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya).
“Qarabağ” Avropa Liqasındakı yürüşünə I təsnifat mərhələsindən start verəcək.

