"Qarabağ" Misli Premyer Liqasının 32-ci turunda "İmişli"yə qalib gəlib (3:0).
Bununla da Qurban Qurbanovun komandası turnir cədvəlində ikinciliyini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, 32 matçdan sonra xallarının sayını 66-ya çatdıran Ağdam təmsilçisi bu nəticədən sonra Avropa Liqasına vəsiqəsini təmin edib.
“Qarabağ” turnirə birinci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatması iyunun 16-da həyata keçiriləcək. Oyunlar isə iyulun 9-da və 16-da baş tutacaq.
Daha öncə 12 qızıl və 3 bürüncü olan “Qarabağ” 5-ci dəfə gümüş medala sahib çıxıb.

