Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ” və “İmişli” üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Emin Əliyevin idarə etdiyi görüşdə qolları Kamillo Duran (46), Marko Yankoviç (66) və Abdullah Zubir (78) vurublar.
Bu nəticədən sonra Qurban Qurbanovun kollektivi 66 xalla turnir cədvəlinin 2-ci, Jorj Kaşkikyanın kollektivi isə 33 xalla 9-cu pilləsində qərarlaşıb.
“Qarabağ” - “İmişli” 3:0
Tofiq Bəhramov adına Respublika Stadionu, 1300 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Asiman Əzizli, Rəhman İmami
Dördüncü hakim: Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Mateus Silva, 34 (qeyri-idman hərəkəti); Aleksey Kaşuk, 84 (qeyri-idman hərəkəti) // Luis Silvestr, 42 (qeyri-idman hərəkəti); Hüseynəli Quliyev, 65 (qeyri-idman hərəkəti)
Qollar: Kamilo Duran, 46; Marko Yankoviç, 66 (p.); Abdullah Zubir, 78
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.
“Qarabağ”
99. Mateus Koxalski
27. Toral Bayramov
(24. Jeremi Qnali, 83)
10. Abdullah Zubir (k)
81. Kevin Medina
8. Marko Yankoviç
(32. Hikmət Cəbrayılzadə, 83)
20. Kadi Borqes
(21. Aleksey Kaşuk, 46)
2. Mateus Silva
18. Dani Bolt
15. Leandro Andrade
(11. Emmanuel Addai, 76)
35. Pedro Bikalyo
17. Kamilo Duran
(77. Ramil Şeydayev, 83)
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
“İmişli”
1. Hüseynəli Quliyev
19. Azər Salahlı (k)
5. İdris İnqilablı
70. Mehdi Tahirov
(3. Tuncay Yusifli, 76)
44. Həzrət İsayev
11. Vüsal Qənbərov
(20. Nazim Hüseynov, 76)
94. Rafael Vieqaş
29. Edvin Banquera
79. Dioqo Kardozu
(97. Xəzər Mahmudov, 85)
17. Ezekiel Morqan
(6. Yau Mozes, 59)
7. Luis Silvestr
(21. Abbas Ağazadə, 85)
Ehtiyat oyunçular:
99. İmam Əli
77. Elmir Rəhimzadə
90. Riad Abbaszadə
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

