İcarə əsasında AEL-də (Kipr) çıxış edən Zakariya Savo Azərbaycan çempionatında oynaya bilər.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” qambiyalı forvardı transfer etmək istəyir.
Bu barədə “aftonbladet.se” portalı məlumat yayıb.
Ağdam klubu Savonu heyətinə qatmaq üçün onun müqavilə ilə məxsus olduğu “Yurqorden”də danışıqlar aparır.
“Qarabağ”ın 26 yaşlı futbolçu üçün İsveç klubu ilə razılıq əldə etməyə yaxın olduğu bildirilir.
Savo bu ilin yanvarında AEL-ə icarəyə verilib. Qambiya millisinin üzvü Limassol təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

