”Qarabağ”ın kapitanı görüş keçirdi, son sözünü söylədi - AYRILIR, yoxsa QALIR?

13:00 Qarabağ 222
”Qarabağ”ın kapitanı görüş keçirdi, son sözünü söylədi - AYRILIR, yoxsa QALIR?

“Qarabağ”ın kapitanı Abdullah Zubir klub rəsmiləri və məşqçilərlə görüşüb.

Fransalı vinger gələcəyi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

34 yaşlı cinah yarımmüdafiəçisi Avropanın bir neçə ölkəsindən, o cümlədən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən təkliflər aldığını bildirib.

Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

2018-ci ilin yayında “Lans“dan bura gəlmiş ”solaxay” kontraktı bitənədək ölkəmizdə qalmaq istədiyini, bu üzdən, aldığı bütün təklifləri geri çevirdiyini söyləyib.

O, özünün və ailəsinin Azərbaycanda yaşamaqdan məmnun olduğunu, ”Qarabağ”a ürəkdən bağlandıqlarını qeyd edib.

Zubirin bu yay komandasını dəyişəcəyi barədə Fransanın məşhur “L”Equipe” nəşri məlumat yayıb.

İddia olunub ki, vinger artıq Qətərdən “Al-Şahaniya” ilə müqavilə şərtlərini razılaşdırıb. Vurğulanıb ki, hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır.

Mərakeş əsilli legioner “Qarabağ”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti