”Qurban Qurbanovun bizdən nə istədiyini bilirik”

14 May 23:00 Qarabağ 104
”Qurban Qurbanovun bizdən nə istədiyini bilirik”

“Hamı bir-birini tanıyır, baş məşqçinin bizdən nə istədiyini bilirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın yarımmüdafiəçisi Leandro Andrade deyib.

Ağdam klubu bu mövsümü brşa verdi. Premyer Liqada “Sabah“ın gerisində qalan “köhlən atlar“ ikinci yerlə kifayətləndi.

Kubokda isə “bayquşlar“a yenilərək mübarizəni yarımfinal mərhələsində dayandırıb. İndi tərəfdarların böyük əksəriyyəti “Qarabağ”da heyətlə bağlı ciddi islahatların vacibliyindən danışır.

Kabo-verdeli bu fikirlə razıdırmı? Onu dinləyək:

- Gəlin, belə danışaq. Bu heyət bir neçə ay əvvəl Çempionlar Liqasının Liqa mərhələsində Avropa nəhəngləri ilə mübarizə aparıb, qələbələr qazanırdı.

Çempionlar Liqasında 3 qələbə və 1 heç-heçə təsadüf ola bilməz. Demək ki, bu komandanın potensialı var, yeni uğurlara imza ata bilərik.

Ehtiyac duyulan hər şey bizdə var. Toparlanmalı və qarşıdakı günlərə ümidlə baxmalıyıq.

O ki qaldı dəyişiklərə, bunu baş məşqçi daha yaxşı bilər“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti