“Qarabağ”ın oyunçuları canlarını güclə qurtardı - Bu VİDEO+FOTOLARa diqqət!

14 May 23:40 Qarabağ 159
“Qarabağ”ın oyunçuları canlarını güclə qurtardı - Bu VİDEO+FOTOLARa diqqət!

Premyer Liqanın 31-ci turunda baş tutan “Qarabağ” – “Qəbələ” qarşılaşması yerli azarkeşlər üçün ikiqat bayrama çevrildi.

Stadionu dolduran azarkeşlərin böyük əksəriyyəti əsasən televizor qarşısında izlədikləri futbolçuları canlı görmək üçün stadiona gəlmişdi.

Bu xoşbəxtlik 90 dəqiqə ərzində onlara nəsib oldu.

Autsayderlərin qrupunda yer alan “Qəbələ”nin Çempionlar Liqasının pley-offunda mübarizə aparmış rəqibdən 1 xal alması isə (1:1) qəbələli fanatlar üçün lap yerinə düşdü.

Oyun başa çatandan sonra gənc və yeniyetmə azarkeşlər “Qarabağ”ın futbolçuları üçün “qorxulu kabus”a çevrilmişdi.

Avtobusun yan-yörəsini əhatəyə alan tərəfdarlar futbolçuların paltardəyişmə otağından çıxmasını gözləyir, mühafizəçilərin “uzaqlaşın” göstərişinə əməl etmir, əlləri çatan futbolçularla şəkil çəkdirmək, forma istəmək, hətta onlara toxunmaq üçün növbəyə düzülmüşdü.

Gənc oğlanın Kamilo Duranın belindən sallanması hər nə qədər maraqlı görüntü yaratsa da, kolumboyalı hücumçunu qorxutmaya bilməzdi.

Abdullah Zubirin min bir əziyyətlə avtobusa minməsi, Kevin Medinanın cəldlik nümayiş etdirib fanatlardan uzaqlaşması “Qarabağ”lı futbolçuların yadında xoş xatirə kimi qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Şəkilləri və videogörüntüləri təqdim edirik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti