“Sabah”ın Azərbaycan Kubokunun finalında “Zirə”ni udması 3 klub üçün də sərfəli olub.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” çempionatda ikinci olacağı halda Avropa Liqasında mübarizə aparacaq.
Əgər “Zirə” qalib olsaydı, onlar bu turnirdə iştirak hüququ qazanacaqdı. Bu da “Qarabağ” üçün daha geniş imkanlar yaradır.
Qurban Qurbanovun komandası Avropa Liqasında uduzacağı halda Konfrans Liqasında yoluna davam edə biləcək.
“Turan Tovuz” isə “Sabah”ın qələbəsindən sonra Konfrans Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq.
Əks-halda bu baş verməyəcəkdi. “Neftçi” isə Misli Premyer Liqasında qalan 2 oyundan birini udarsa, artıq avrokuboklara gedəcək.

