“Qarabağ” üçün satışa çıxarılır - 5-20 manat aralığında

08:30 Qarabağ 153
“Qarabağ” üçün satışa çıxarılır - 5-20 manat aralığında

Mayın 16-da Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri satışa çıxarılır.

Sportinfo.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 15:00-dan etibarən əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.

Biletlər bu gün saat 15:00-dan etibarən “iTicket.az”-da da onlayn satışda olacaq.

Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti