“Qarabağ”da 60 qol vuran legioner yayda klubu tərk edəcək?

22:20 Qarabağ 227
“Qarabağ”da 60 qol vuran legioner yayda klubu tərk edəcək?

“Qarabağ”da yayda ciddi islahatların aparılacağı sirr deyil.

Ümidləri doğrultmayan və müqavilə müddəti başa çatan bəzi futbolçularla yollar ayrılacaq.

Hətta klubla sözləşməsi davam edən elə oyunçular da var ki, onların satışı istisna olunmur.

“Köhlən atlar”ı tərk edəcəyi deyilən vacib fiqurlardan biri də kabo-verdeli yarımmüdafiəçi Leandro Andradedir.

Əslində onun barədə xəbərlər hər il dolaşır, adı müxtəlif klublarla yanaşı hallanır.

Maraqlıdır, özü bu barədə nə düşünür? “Qarabağ”dan ayrılmaq perspektivi nə dərəcədə real görünür?

Leo Sportinfo.az-a verdiyi açıqlamada bu barədə danışıb:

“Gələcəklə bağlı danışmaq olmur. Reallıq odur ki, bu gün “Qarabağ”dayam. Sabah nə olacağını deyə bilmərəm.

Bolqarıstanda “Çerno More”də oynayanda nə vaxtsa “Qarabağ”ın formasını geyinəcəyimi düşünmürdüm. Hətta qış fasiləsində yaxın belə bir mövzu yox idi.

Bir anda təklif aldım, müzakirələr getdi və bir də baxdım ki, “Qarabağ”dayam. Proses ağlıma gəlməyəcək sürətli şəkildə davam etdi və yekunlaşdı.

Bu dəqiqə bütün fikrimi “Qarabağ”dakı oyunuma və nəticələrə yönəltmişəm. Dediyiniz məsələ ilə agentim və “Qarabağ” rəsmiləri məşğul olur. Mənim işim futbol oynamaqdır”.

2021-ci ilin yanvarından “köhlən atlar”ın şərəfini qoruyan Kabo-Verdedən olan yarımmüdafiəçinin “Qarabağ”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

O, Qurban Qurbanovun rəhbərliyi altında bütün yarışlarda 212 oyunda şans qazanmaqla 60 qol vurub, 61 məhsuldar ötürmə verib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti