“Qarabağ”a 10-a yaxın ölkədən təklif gəldi - AÇIQLAMA

11:20 Qarabağ 320
“Qarabağ”a 10-a yaxın ölkədən təklif gəldi - AÇIQLAMA

«Son vaxtlar xeyli təklif almışıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qarabağ»ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.

O, aşağı yaş qrupları üzrə komandaların müxtəlif xarici ölkələrdə keçiriləcək turnirlərə dəvət olunduğunu bildirib:

«Hardasa 10-a yaxın belə təklif gəlib. Türkiyə, İtaliya, İspaniya, Fransa, İsveç və başqa ölkələrdən müraciət var.

Demək olar bütün yaş qruplarımıza dəvət var. İki-üç aylıq plan dolub artıq.

Klubumuzun rəhbərliyi akademiyaya böyük diqqət ayırır. Mümkün olan şəraiti yaradırlar.

Çalışırlar ki, uşaq və yeniyetmələr beynəlxalq təcrübə qazansınlar, daha tez inkişaf etsinlər. Bu qayğını biz görürük və öz növbəmizdə istəyirik ki, qarşılığını verək.

Yəqin ki, xarici turnirlərin bir neçəsində iştirak edəcəyik. Hər dəfə o yarışlarda mübarizə aparıb gələndən sonra görürük ki, komandalarımızın özünəinamı necə artır.

Digər tərəfdən, futbolçularımız Avropanın tanınmış skautlarının gözü qabağında olur. İndiyədək bir neçə yeniyetmə və gəncimiz onların diqqət mərkəzinə düşüb».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti