"Qarabağ"ın "tank"ı...
Hər kəs söhbətin Kevin Medinadan getdiyini bilməmiş deyil.
Bəli, Kolumbiyalı bu adı kritik müdaxilələri ilə qazanıb.
Amma təcrübəli legioner bu mövsüm qazandığı həmin adın haqqını vermədiyini deməliyik.
Düzdü, xüsusilə mövsümün ikinci yarısı daha çox Elvin Cəfərquliyevin intizamsızlığı, Marko Yankoviçlə Kadi Borqes başda olmaqla başqa oyunçuların formasındakı eniş çox müzakirə olundu.
Sanki Medina hər dəfə kölgədə qaldı.
Diqqətlə Ağdam klubunun oyunlarını izləyənlər görə bilər ki, Medina bəlkə də ən zəfi bənd olub.
Bunu görmək üçün təkcə çempion "Sabah"la liqadakı 3 oyuna göz atmaq yetərlidir.
Tərəflərin birinci duelində Medinanın kobud mövqe səhvindən sonra "tələbələr" son dəqiqələrdə qələbə qolunu vurmuşdu.
3:3 bərabərliklə bitən matçda buraxılan üçüncü qolda kobud xətası ilə yadda qalmışdı.
Ən son "Qarabağ"ın 0:1 məğlubiyyəti ilə başa çatan görüşdə Abdulla Xaybullayev yeganə qolu məhz Medinanın səhvindən sonra vurmuşdu.
Maraqlıdır, Sami Mmae, Elvin Cəfərquliyev və Abbas Hüseynovu əvəzedici komandaya göndərməklə cəzalandıran, Marko Yankoviçi ehtiyat skamiyada əyləşdirməklə sərt üzünü göstərən Qurban Qurbanov niyəsə Medinanın bu qədər şıltaqlığına göz yumur...
XANOĞLAN / SPORTİNFO.AZ

