Tanrı iztirab çəkən Qurban Qurbanovu utanmağa qoymadı

22:20 Qarabağ 131
Tanrı iztirab çəkən Qurban Qurbanovu utanmağa qoymadı

Musa Qurbanlı, Kevin Medina, Toral Bayramov - bir oyunda üçü də yerdə qaldı,

Musa davam edə bilmədi, 11-ci dəqiqədə əvəzləndi. Medina ilə Bayramov özündə güc tapdı, sonadək meydanda qaldı.

Psixoloji və mental əzginlik artıq nə ad bilir, nə ayaq.

Çempionlar Liqasında «bəh-bəh»lə izlədiyimiz və «ondan yoxdur» dediyimiz Mateuş Koxalski yenə kobud səhvə yol verdi və qapısında qol gördü.

Qurban Qurbanovun «Qarabağ»da keçirdiyi illərin ən iztirablı və cansıxıcı dönəmi… O günləri indi yaşayır.

Hər şey əldən çıxıb, mövsümü titulsuz başa vuracaqlar. Fevrldan bəri «Qarabağ»ı qarabaqara izləyən qara zolağın bitəcəyi gün… Güman ki, hələ ona üç həftə qalıb.

Bircə bu mövsüm bitsəydi… İndi «Qarabağ»da kim bu arzuyla dişini dişinə sıxıb gözləmir ki?

Hava kimi, oyunu da soyuqdur «Qarabağ»ın. Deyingən Marko Yankoviçin ikinci hissənin ortasında komanda yoldaşına etirazını gördüzmü?

Bir yanlış ötürməyə görə əlini yenə hirslə yuxarı qaldırdı, dodaqlarının altında yenə pıçıldadı hirslə.

Mateus Silva və Leandro Andrade - «Qarabağ»a canı yanan üçüncü futbolçunun da adını siz deyin.

Musa Qurbanlının yoxluğunda mən çətinlik çəkirəm.

Tanrı görür bunları. Qurban Qurbanova rəhmi gəldi, o qolları verdi, «Turan Tovuz»u uddular.

İkinci yeri də itirməyin üzüntüsünü yaşamamaları üçün.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti