Elvin Cəfərquliyev Avropa yolunda – Bu da həmin klubun adı!

20:00 Qarabağ 481
Elvin Cəfərquliyev Avropa yolunda – Bu da həmin klubun adı!

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyevin gələcək aqibəti maraq doğurur.

Ölkənin ən istedadlı futbolçularından olan solaxay müdafiəçi intizam qaydalarına əməl etmədiyinə görə əvəzedici heyətə göndərilib.

Mövsümün sonuna qədər əsas komandaya qayıtması mümkün görünmədiyinə görə xarici agent və skautlar əl-ayağa düşüb.

“Qarabağ”dan ayrılacağı ehtimal olunan futbolçuya maraq böyükdür.

Siyahıya daha bir klubun adı əlavə olunub – “Ferentsvaroş”.

İndiyə qədər “Qarabağ”la bir neçə futbolçunun alış-verişini edən Macarıstan nəhəngi yaranmış fürsətdən maksimum yararlanmağa çalışır.

Hətta “köhlən atlar”ın tələb edəcəyi məbləğlə bağlı razılığa qol çəkməyə də hazırdır. Barter şərti (futbolçu+pul) də mümkün görünə bilər.

Cəfərquliyevin Avropaya yollanmaq həvəsini nəzərə alsaq, Ağdam təmsilçisinin onu başqa kluba satacağını ehtimal edə bilərik.

Qurban Qurbanov hələ ki, məsələ ilə bağlı son qərarını verməyib. Baş məşqçi yekun sözünü deyəndən sonra kluba edilən təkliflər nəzərdən keçiriləcək.

“Ferentsvaroş”un yaxın günlərdə “Qarabağ”a rəsmi təklif ünvanlayacağı gözlənilir. Bəlkə də müraciət daxil olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti