“Qarabağ”dan ayrılacağı deyilən legionerlə bağlı SON XƏBƏR

21:20 Qarabağ 303
“Qarabağ”dan ayrılacağı deyilən legionerlə bağlı SON XƏBƏR

Yayda “Qarabağ”ı tərk edəcək futbolçuların arasında Fabiyan Buntiçin adı ilk sırada dayanır.

2024-cü ilin yayından “köhlən atlar”ın şərəfini qoruyan xorvatiyalı qapıçı şans qazandığı matçlarda yol verdiyi kobud səhvlərlə yadda qalıb.

Fabiyan 2 il ərzində heç cür ümidləri doğrulda bilmədi. Əksinə, məyusluq üstünə məyusluq gətirdi. Bacarığı barəcə mənfi fikirlər formalaşdırdı.

Mateuş Koxalskinin əvəzedicisi statusu ilə barışan 29 yaşlı futbolçunun “Qarabağ”la müqaviləsinin bu ilin iyun ayında başa çatacağını təxmin edənlər var. Lakin bu, heç də belə deyil.

Buntiç klubla 2024-cü ildə 3 illik sözləşməyə imza atıb. Odur ki, anlaşmanın müddəti 2027-ci ilin yayına qədərdir.

Xorvat kiper buradakı halından məmnundur. Ehtiyatda qalsa da, ötən il çempionluq titulunu qazanıb, Çempionlar Liqasının həyəcanını hiss edib və bundan sonra daha çox uğurlara ümid edir. Üstəlik, kollektivlə münasibəti qaydasındadır.

Yəni onu narahat edən məqam yoxdur. Belə vəziyyətdə isə müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq barədə düşünmür.

Sabah “Qarabağ”dan ona özünə başqa iş yeri tapması barədə söz deyilsə, təzminat tələb edəcək. Ya da elə klub olmalıdır ki, həm “Qarabağ”dakı qədər qazansın, həm də statusu böyük olsun.

Fabiyan Buntiç ayrılıq barədə qətiyyən düşünmür. Hətta bu baş versə belə, “Qarabağ” əlini cibinə salmalı olacaq.

Xorvat kipe “Qarabağ”ın formasında meydana çıxdığı 22 oyunun 9-nu top buraxmadan keçirib. 13 qarşılaşmada isə topu 24 dəfə tordan çıxarmalı olub.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti