"Qarabağ"ın zədəli hücumçusu Musa Qurbanlının durumu bəlli olub.
Sportinfo.az xəbər verir ki, dizindən zədələnən 24 yaşlı forvard üçün artıq mövsüm başa çatıb.
Onun müalicəsi 2-3 həftə davam edəcək, sonra məşqlərə başlaya biləcək.
Musa Qurbanlı dünən Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"la keçirilən oyunda (2:1) zədələnərək əvəzlənib.
Bu matçın 11-ci dəqiqəsində baş verib. Onun yerinə Abdullah Zubir meydana daxil olub.

