“Ayaks”da parlayan qapıçı “Qarabağ”ın TRANSFER SİYAHISINDA

13:40 Qarabağ 278
“Ayaks”da parlayan qapıçı “Qarabağ”ın TRANSFER SİYAHISINDA

“Pafos”un qapıçısı Cey Qorter karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az Niderland mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperlə “Qarabağ”ın maraqlandığı deyilir.

“Pafos”da yaşanan maliyyə problemlərinə görə qapıçının oranı tərk etmək istəyir.

Düzdür, o daha çox ölkəsində oynamaq üçün variant axtarır. Amma “Qarabağ”ın təklifini də dəyərləndirə bilər. Üstəlik, “Pafos” bu qapıçı üçün böyük transfer məbləği tələb etmir.

Cey Qorter “Pafos”a ötən ilin yayında “Ayaks”dan keçib və o, niderland klubunun yetirməsidir. Onun Kipr klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti