"Qarabağ": Mən sənin üçün darıxmışdım, qələbə! - VİDEO

00:30 Qarabağ 87
"Qarabağ": Mən sənin üçün darıxmışdım, qələbə! - VİDEO

Misli Premyer Liqasının XXX turunda "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 50-ci dəqiqədə "köhlən atlar"ın heyətində cərimə zərbəsindən Leandro Andrade açıb. 4 dəqiqə sonra Mateus Silva fərqi iki topa yüksəldib.

Qərb kollektivinin gücü təsəlli qoluna çatıb. 76-cı dəqiqədə Ayxan Hüseynov uzaq məsafədən vurduğu qüvvətli zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Çempionluq şansını itirən Ağdam təmsilçisi turnir cədvəlində (62 xal) ikinci pillədəki yerini möhkəmləndirib.

Bununla da komanda üçüncü sırada yer alan Tovuz klubundan (56 xal) bir qədər də uzaqlaşıb.

“Qarabağ” - “Turan Tovuz” 2:1

Tofiq Bəhramov adına Respublika Stadionu, 2414 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Pedro Bikalyo, 52 (qeyri-idman hərəkəti); Kevin Medina, 69 (qeyri-idman hərəkəti) // Rəhim Sadıxov, 18 (qeyri-idman hərəkəti); Joarlem Santos, 37 (qeyri-idman hərəkəti); Roberto Olabe, 52 (qeyri-idman hərəkəti)
Qollar: Leandro Andrade, 50; Mateus Silva, 54 // Ayxan Hüseynov, 76
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.

“Qarabağ”
99. Mateus Koxalski
55. Bədavi Hüseynov (k)
27. Toral Bayramov
22. Musa Qurbanlı
(10. Abdullah Zubir, 11)
81. Kevin Medina
8. Marko Yankoviç
2. Mateus Silva
15. Leandro Andrade
(18. Dani Bolt, 90)
21. Aleksey Kaşuk
35. Pedro Bikalyo
11. Emmanuel Addai
(77. Ramil Şeydayev, 77)
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
89. Amin Ramazanov
32. Hikmət Cəbrayılzadə
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

“Turan Tovuz”
41. Sergey Samok
17. Rəhim Sadıxov
3. Enrike Silva
23. Alexandro Serrano
90. Joarlem Santos
99. Vadji İbrahima
(10. Xəyal Nəcəfov, 66)
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
(11. Ayxan Hüseynov, 66)
2. Mark Rene Mampassi
(5. Roderik Miller, 77)
Ehtiyat oyunçular:
1. Oleq Baklov
13. Mehman Hacıyev
88. Faiq Hacıyev
6. Fərid Yusifli
8. David Tavareş
Baş məşqçi: Kurban Berdiyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti