“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanovla əlaqə yaradıb.
Sportinfo.az xəbər verir ki, savashmediaya.az-a daxil olan məlumata görə, o, komandasının "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Qurban Qurbanova zəng edib.
Danışıq zamanı konkret nələrin müzakirə edildiyi məlum olmasa da, bu təmasdan sonra tərəflər arasındakı buzların əridiyini düşünmək olar.
Onlar “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıblar.

