“Qarabağ”ın hücumçusu: “Onlara qarşı həmişə əziyyət çəkmişik”

18:00 Qarabağ 118
“Qarabağ”ın hücumçusu: “Onlara qarşı həmişə əziyyət çəkmişik”

Aprelin 18-dən 30-na qədər “Sabah” və “Neftçi” ilə 4 oyun keçirərək 3 dəfə məğlubiyyət acısı yaşayan “Qarabağ” daha bir sınaq qarşısındadır.

Ağdamlılar Premyer Liqanın 30-cu turunda 2-ci yer uğrundakı rəqibi “Turan Tovuz”u qəbul edəcək.

Ümumi vəziyyətə diqqət yetirəndə qərb təmsilçisini matçın favoriti adlandırmaq olar. Psixoloji amil və heyətdəki itkilər baxımından “Qarabağ” rəqibindən geri qalır.

Komandanın qol ümidi Musa Qurbanlı Sportinfo.az-a verdiyi açıqlamada qələbə qazanmağın çətinliyindən söz açıb:

“Turan Tovuz” bizim üçün çətin rəqibdir. Bu komanda ilə oyunlarımız hər zaman ağır keçib.

İstər vari mövsümdə olsun, istərsə də əvvəlki illərdə. Hətta çempion olduğumuz mövsümlərdə “Turan Tovuz”la matçlarda əziyyət çəkmişik.

Bunları göz önünə alıb oyuna ciddi hazırlaşmalıyıq. Var gücümüzü ortaya qoymalıyıq.

Son matçlar da göstərir ki, bir az rahatlaşan kimi rəqiblər bizi cəzalandırır. Çempionatımız yaxşı səviyyəyə gəlib çatıb.

Respublika stadionda oynamağımızı üstünlük kimi qələmə verə bilmərəm. Düzdür, orada uğurlu oyunlarımız və nəticələrimiz olub.

Lakin belə məqamlarda o qədər də rol oynamır. Qələbə qazanmaq hər nə qədər çətin görünsə də, sevinən tərəf olmağa çalışacağıq”.

Mayın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti