“Mən indi bu haqda heç nə deyə bilmərəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ“ın qapıçısı Mateuş Koxalski deyib.
Polşalı kiper “yayda böyük klublardan birinə keçidin real görünürmü” sualına konkret cavab verməkdə çətinlik çəkib:
“Çünki tək məndən asılı olan məsələ deyil. Yayda baxarıq. Hər şey mümkündür. Gəlin, mövsümün yekununu gözləyək”.
25 yaşlı polyakın “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyununda başa çatır.
Polşa mətbuatının məlumatına görə, 2026-cı ilin iyulun 1-dən qüvvəyə minəcək müqavilə bəndi qapıçının başqa kluba transferini asanlaşdıra bilər.
Bu müddəa bir ay ərzində aktiv olacaq və futbolçunun cəmi 2,5 milyon avro qarşılığında klubunu dəyişməsinə imkan verəcək.

