Bu mövsüm "Sabah"ın heyətində əla təsir bağışlayan İvan Lepinitsa "Qarabağ"ın maraq dairəsində yer alıb.
Əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov dayaq yarımmüdafiəçisini öz sərəncamında görmək istəyir.
Tərəflər arasında menecer səviyyəsində ilkin təmasın olması balədə informasiya var.
Tanınmış mütəxəssis Lepinitsa barədə yüksək fikirdədir. Düşünür ki, bu keçid baş tutsa, komandasının orta sahəsi kifayət qədər güclənəcək.
Qurbanov hazırda "Qarabağ"da xorvatiyalının faydalı iş əmsalı qədər göstəriciləri olan kimsəni görmür.
İvan 2024-cü ilin iyununda Azərbaycana gəlib və "3+1" illik müqavilə imzalayıb. 26 yaşlı balkanlı "Slaven Belupo"dan transfer edilib.
O, karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-23), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib.
2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub.
SPORTİNFO.AZ

