”Qarabağ” qiyməti müəyyən etdi - 5–20 manat aralığında

2 May 08:50 Qarabağ 1 221
”Qarabağ” qiyməti müəyyən etdi - 5–20 manat aralığında

Premyer Liqanın 30-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn satışdadır.

Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə