“Qarabağ”ın legioneri Joni Montiel “Neftçi”yə qarşı keçirilən Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış oyununda zədə alıb.
Sportinfo.az xəbər verir ki, rəqib oyunçu Emil Səfərovun topa müdaxiləsi zamanı ispaniyalı yarımmüdafiəçinin ayağı zədələnib.
Bu səbəbdən o, 41-ci dəqiqədə Musa Qurbanlı ilə əvəzlənib.
Montiel meydanı əsəbi halda tərk edib, hətta butsunu yerə çırpıb.

