Barmağı sınan "Qarabağ"ın legioneri 1 aylıq “istirahət”ə göndərildi

1 May 23:20 Qarabağ 724
Barmağı sınan "Qarabağ"ın legioneri 1 aylıq “istirahət”ə göndərildi

“Qarabağ”ın "Neftçi" ilə oyunda zədələnən futbolçusu Joni Montiel əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ayaq barmağı sınan və bu gün əməliyyat olunan ispaniyalı yarımmüdafiəçi ən azı 1 ay meydana çıxa bilməyəcək. Bu isə Montiel üçün mövsümün erkən bitməsi deməkdir.

Montiel Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış “Neftçi” ilə matçın 39-cu dəqiqəsində rəqib futbolçu Emil Səfərovun kobud oyunundan sonra zədələnmişdi. O, birbaşa xəstəxanaya aparılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə