“Qarabağ” “Neftçi”ylə prinsipial oyunda təkcə məğlubiyyətə üzülmədi.
“Köhlən atlar” bu oyunda həm də 3 legionerin itkisi ilə barışmalı oldu.
Joni Montiel, Kadi Borges və Kamilo Duran növbəti matçda iştirak edə bilməyəcək.
Buna səbəb adları çəkilənlərin “Neftçi”ylə dueldə sarı vərəqə limitini doldurmasıdır.
Cəzalı duruma düçən əcnəbilər “Turan Tovuz”la vacib görüşdə cəzalı duruma düşüb.
Maraq üçün bildirək ki, “Qarabağ”ın digər futbolçuları – Şahruddin Məhəmmədəliyevlə Bəhlul Mustafazadə zədədən əziyyət çəkir.
Elvin Cəfərquliyevlə Abbas Hüseynov intizam qaydalarını pozdurları üçün əvəzedici heyətə göndərilib. Dani Bolt isə atasının ölüm səbəbi ilə bağlı Braziliyaya yola düşüb.
Mayın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Turan Tovuz” qarşılaşması saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

