Elvinlə Abbas “Qarabağ”ın “dubl”unda ilk matçına çıxdı

1 May 13:40 Qarabağ 889
Elvinlə Abbas “Qarabağ”ın “dubl”unda ilk matçına çıxdı

“Qarabağ”ın əsas heyətindən qovulan Elvin Cəfərquliyev əvəzedici heyətlə ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi bu gün “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıb.

E.Cəfərquliyev bir neçə müddətdir ikinci komandada məşq etsə də, baş məşqçi Maksim Medvedev ona oynamaq şansı vermirdi.

Elvinlə yanaşı Abbas Hüseynov da əvəzedici komandanın start heyətində yer alıb.

Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə