"Qarabağ" Portuqaliya yığmasının müdafiəçisini alacaqmı? - SON XƏBƏR

13:00 Qarabağ 274
"Qarabağ" Portuqaliya yığmasının müdafiəçisini alacaqmı? - SON XƏBƏR

OrtaGələn mövsümə aid transfer çalışmalarını aktivləşdirən "Qarabağ" yeni mərkəz müdafiəçisi tapıb.

Ağdam təmsilçisi “Kaza Pia”dan Joao Qulart ilə maraqlanır

Bu haqda “A Bola” məlumat yayıb. Portuqaliya nəşrinin yazdığına görə, hələlik “Kaza Pia” rəhbərliyinə rəsmi təklif daxil olmayıb.

Onlar hazırda bütün diqqətini yüksək liqada qalmağa yönəldib. “Jil Visente”yə 1:2 hesablı məğlubiyyətdən sonra işləri çətinləşən “qazlar” turnir cədvəlində 16-cı pillədə - pley-off zonasında qərarlaşıblar.

“Kaza Pia” arxa xətt oyunçusunu təxminən 1,5 milyon avro qarşılığında buraxmağa razıdır. Lakin futbolçunun özü hazırda komandasının həlledici oyunlar keçirdiyini nəzərə alaraq, transfer məsələləri barədə düşünmək istəmir.

"Qarabağ"ın təklif etdiyi maaşın futbolçunun hazırda qazandığından xeyli yüksək olduğu qeyd olunub.

Qulart 2024-cü ilin yayından "Kaza Piya"da çıxış edir. Portuqaliya U-18 millisinin sabiq üzvü bu mövsüm ölkə çempionatında meydana çıxdığı 22 matçda 1 qol vurub.

"Transfermarkt" portqalı onun dəyərini 1 milyon avro təyin edib.

"Qarabağ"dan aldığımız məlumata görə, 26 yaşlı legioner kluba təklif olunub. Səbəbkarın özü də Azərbaycana gələ biləcəyini menecerlər vasitəsilə xəbər göndərib.

Danışıqlar isə hələ başlamayıb. Çünki həmin mövqeyə namizədlərin sayı kifayət qədər çoxdur - indi hamısı bir-bir gözdən keçirilir.

"Köhlən atlar" mayın ortasınadək onlar arasında seçim aparmağı planlaşdırır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti