Aprelin 30-da “Neftçi”ylə “Qarabağ” növbəti dəfə qarşılaşacaq.
Aprelin 26-da keçirilən oyun Premyer Liqanın 29-cu turu üçün nəzərdə tutulmuşdusa, bu dəfə 21-ci turdan təxirə salınmış görüş gerçəkləşəcək.
“Qarabağ” bu dəfəki oyuna da ciddi itkilərlə çıxacaq.
Zədəli futbolçular – Şahruddin Məhəmmədəliyevlə Bəhlul Mustafazadənin kənarda qalacaqğı dəqiqdir. Atasının vəfatı ilə bağlı Braziliyaya yola düşən Dani Bont hələ də Bakıya qayıtmayıb.
İntizam qaydalarını pozan Elvin Cəfərquliyevlə Abbas Hüseynovun isə əvəzedici komandaya göndərilməsindən xəbərdarsınız. Milli üzvləri hələ də cəzalı durumdadır.
Bu gün “Palms Sports Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

