200 matçda 6 qola imza atan kolumbiyalı müdafiəçi Ağdam klubunda

08:40 Qarabağ 111
200 matçda 6 qola imza atan kolumbiyalı müdafiəçi Ağdam klubunda

Kevin Medina “Qarabağ”ın heyətində 200-cü oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, kolumbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 29-cu turunun “Neftçi” ilə görüşünə (5:1) təsadüf edib. O, 200 matçda 6 qola imza atıb.

Bu görüş Kevinin çempionatda 117-ci (3 qol) oyunu olub. O, avrokuboklarda 69 (3 qol), ölkə kubokunda 14 dəfə meydana çıxıb.

Cənubi amerikalı 2020-ci ilin yayından “Qarabağ”da forma geyinir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!