“Qarabağ”ın “Şah”ı ona söz verdi ki… FOTOLAR

16:40 Qarabağ 167
“Qarabağ”ın “Şah”ı ona söz verdi ki… FOTOLAR

“Qarabağ”ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev hələ də zədədən əziyyət çəkir.

Buna baxmayaraq, komandasının ev və səfər oyunları zamanı kollektivin yanında olur, dəstək verir.

Aprelin 26-da “Palms Sports Arena” da keçirilən “Neftçi” – “Qarabağ” qarşılaşmasından əvvəl stadionun ərazisində var-gəl edən 32 yaşlı qapıçı azarkeşlərin əhatəsinə düşdü.

Biri şəkil çəkdirmək istəyir, digəri imza alır, bir başqası forma xahiş edirdi.

Qarşısına çıxan hər kəsə isti münasibət göstərən Şahruddin ona müraciət edənlərin hər birini məmnun yola saldı. Yalnız azyaşlının forma arzusunu yerinə yetirə bilmədi.

Ancaq söz verdi ki, bir gün onu sevindirəcək.

Oyun başa çatandan sonra Məhəmmədəliyev meydana daxil olub qələbəni azarkeşlərlə birlikdə qeyd etdi.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti